Bu gün Azərbaycanda median pensiyanın məbləği 360 manata çatıb. Bu isə median əməkhaqqının 70 faizindən artıqdır.
Pensiyalar nə qədər artacaq? - AÇIQLAMA
FED.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.
Nazir bildirib ki, məbləğ olaraq artım son 4 il ərzində 2,5 dəfədir. Yəni, kifayət qədər ciddi artım var. Cari il yaşa görə orta pensiya 483 manat, növbəti il üçün isə 516 manat proqnozlaşdırılır. (Azərtac)