Kommersiya üzrə Analitik
Vakansiya haqqında
İdarə : Marketinq
İş qrafiki : Standart
İş müddəti : Daimi
İş yeri : Port Baku Cənub Qülləsi
Son müraciət tarixi : 23.02.2018
Sizin əsas vəzifə öhdəlikləriniz
*Hesabatlar və verilənlər bazasını hazırlamaq və emal etmək (gündəlik, həftəlik, aylıq)
*Hesabat bazasının infrastrukturunun təkmilləşdirilməsi və optimallaşdırılmasına dəstək göstərmək
*Satış göstəricilərinə və şirkətin əsas göstəricilərinə dair hesabat, analizlər aparmaq və təhlil etmək (gündəlik, həftəlik, aylıq, illik)
*Performansın təhlili, biznes qərarları dəstəkləyən hesabatlar, icmallar, təqdimatlar və tövsiyyə xarakterli sənədlər hazırlamaq
Sizdən tələb olunan təhsil və iş təcrübəsi
*Ali Təhsil (Marketinq, İdarəçilik,Tətbiqi Riyaziyyat, Kibernetika və İqtisadiyyat sahəsində təhsilə üstünlük verilir)
*Məlumatın təhlili, Hesabat, Tədqiqat və Analitika sahəsində 1-2 il iş təcrübəsi (Telekommunikasiya sahəsində təcrübə üstünlük hesab olunur)
*İri həcmdə məlumatlar ilə işləmə təcrübəsi
Sizdən tələb olunan bacarıq və səriştəliklər
*Bütövlük
*Müştəri yönümlü
*Komanda işi və əməkdaşlıq
*Nəticə yönümlü
*Davamlı təkmilləşmə
*Strukturlu və metodoloji düşünmə qabiliyyəti
*Güclü riyazi bilik
*Azərbaycan, Rus və İngilis dillərini səlis bilmək
*MS Office proqramlarını mükəmməl bilmək
*R/RStudio üzrə güclü bilik
Müraciət etmək üçün
CV-nizi [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda ‘’Kommersiya üzrə Analitik’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.