“Vətəndaş artıq hesablanmış pensiyanı elə-belə almayıb”.
Minimum əmək pensiyası - 40 MANAT ARTIRILIR
FED.az xəbər verir ki, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Jalə Əliyeva bildirib.
Jalə Əliyeva deyib ki, qanunvericiliyə son dəyişikliyə əsasən, artıq ödənilən pensiyaların yalnız son 3 ildə ödənilən hissəsinə amnistiya tətbiq ediləcək:
“Ancaq 3 ildən əvvəl ödənilən artıq pensiyanı niyə vətəndaş təkbaşına ödəməlidir? Bu pensiyanın artıq ödənilməsində həkim komissiyasının, müvafiq dövlət qurumunun nümayəndələrinin bilavasitə iştirakı olub, onlar da bu vəsaitin geri qaytarılmasına cəlb olunmalıdır”.
Komitənin sədri Musa Quliyev isə qeyd edib ki, pensiyaların artıq ödənilməsində məsuliyyət daşıyan qurumların əməkdaşları məsuliyyətə cəlb olunacaq:
“Artıq ödənilən pulun qaytarılmasına gəlincə, son 3 il üçün amnistiya tətbiq olunub. 3 ildən əvvələ gəlincə, vətəndaş artıq ödənilən pensiya məbləğini alıb xərcləyibsə, vətəndaş da qaytaracaq. Ən çox yanlış ödəmələr 2020-ci ilə qədər olub. 2020-ci ildən sonra isə çox cüzi artıq pensiya ödəmələri olub”. (Apa)