Minimum əmək pensiyalarının artımı 100 mindən çox vətəndaşı əhatə edəcək.
Minimum əmək pensiyası - 40 MANAT ARTIRILIR
FED.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.
O qeyd edib ki, əmək pensiyalarının minimum məbləğinin artırılması ölkədə həyata keçirilən sosial islahatların tərkib hissəsidir və əhalinin sosial rifahının yüksəlməsinə xidmət edir. (Apa)