Sosial

Mədət Quliyev Müdafiə Sənayesi Nazirliyinin kollektivinə təqdim edilib

Mədət Quliyev Müdafiə Sənayesi Nazirliyinin kollektivinə təqdim edilib | FED.az
15:00 21 İyun 2019

Azərbaycanın yeni Müdafiə Sənayesi naziri Mədət Quliyev nazirliyin kollektivinə təqdim edilib.

FED.az-ın xəbərinə görə, yeni naziri kollektivə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev və Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov təqdim edib.

Eləcə də bax: Ramil Usubov kollektivlə sağollaşıb, Vilayət Eyvazov nazir qismində kollektivə təqdim edilib - YENİLƏNİB


Bununla da Mədət Quliyev Müdafiə Sənayesi naziri kimi səlahiyyətlərinin icrasına başlayıb.  

Qeyd edək ki, Prezident İlham Əliyev in 20 iyun 2019-ci il tarixli sərəncamı ilə general-polkovnik M.Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək Müdafiə Sənayesi naziri təyin olunub. 

Xatırladaq ki, Müdafiə Sənayesi Nazirliyi 2005-ci ildə yaradılıb. Müdafiə Sənayesi naziri Yavər Camalov 2018-ci ilin iyunun 23-də uzun sürən xəstəlikdən sonra 68 yaşında vəfat edib. Son bir ildə Müdafiə Sənayesi naziri vəzifəsini nazir müavini Yəhya Musayev icra edib. 

Digər xəbərlər