Yeni Daxili İşlər naziri Vilayət Eyvazovun Daxili İşlər Nazirliyinin (DİN) kollektivinə təqdim olunması mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov iştirak edib.
“Report”un xəbərinə görə, tədbirdən sonra yeni Daxili İşlər naziri fəaliyyətinin icrasına başlayıb.
*** 11:14
Sabiq Daxili İşlər naziri Ramil Usubov Daxili İşlər Nazirliyinin (DİN) Kollegiyasının üzvləri və şəxsi heyəti ilə vidalaşıb.
FED.az-ın xəbərinə görə, hazırda yeni Daxili İşlər naziri Vilayət Eyvazovun kollektivə təqdim olunması mərasimi keçirilir.
Qeyd edək ki, Prezident İlham Əliyevin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Vilayət Eyvazov Azərbaycan Respublikasının Daxili İşlər naziri təyin edilib. Ramil Usubov isə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin olunub.