Bakının 2030 cu il baş planının proqnozlarına əsasən, layihə ərazisinin 2015-ci il üzrə 2788935 nəfər təşkil edən əhalisinin 2035-ci ildə 3911250 nəfərə çatacağı nəzərdə tutulur. Plana əsasən hazırda adambaşına orta hesabla 20 m² təşkil edən yaşayış sahəsinin 25 m²-ə çatdırılması və bununla da ümumi yaşayış fondunun 56 milyon m²-dən 98 milyon m²-ə çatdırılması nəzərdə tutulub.
Maştağa və onu əhatə edən qəsəbələrin əlverişli coğrafi mövqeyi, iqlimi, özünəməxsus mədəni irsi, mənəvi dəyərləri, unikal milli memarlıq xüsusiyyətlərini nəzərə alaraq və onların qorunması məqsədilə ərazinin qeyd edildiyi kimi, Sakit şəhər konsepsiyasına uyğun inkişaf etdirilməsi nəzərdə tutulub. İnsanların sakit həyat tərzi keçirməsini dəstəkləyən bu model İtaliyada 90-cı illərin əvvəllərində tətbiq olunub və Böyük Britaniya, İsveçrə, Fransa və s. daxil olmaqla bütün Avropaya yayılıb. Maştağa və onu əhatə edən qəsəbələrin bu cür inkişafı gələcəkdə şəhər stresindən uzaq zonaların yaradılmasını təşviq edəcək.
Maştağa istiqamətində Aqro-turizm Mərkəzinin yaradılması, Maştağa qəsəbəsində Sakit şəhər (Slow city) konsepsiyasının tətbiqi ərazilərin dayanıqlı inkişafına nail olmaq istiqamətində nəzərdə tutulan tədbirlərdir.
Mühəndis-kommunikasiya təminatının təkmilləşdirilməsi çərçivəsində gündəlik su təchizatı həcminin 458 min m³/gündən 642 min m³/günə, adambaşına düşən gündəlik su sərfinin itkilərin qarşısını aldıqdan sonra 302 l/sutkadan 296 l/sutkaya, adambaşına gündəlik çirkab suyun həcminin 272 l/sutkadan 266 l/sutkaya, hər mənzilə düşən elektrik enerjisinin 5,5-,8 kvt-dan 8-13,5 kvt-a, adambaşına düşən illik qazın həcminin 967 m³/ildən 1095 m³/ilə çatdırılması nəzərdə tutulur.
©mashtaga.tv
Maştağa Slow city adlanacaq
12:50
1 Fev 2018