Azərbaycanda dəftərxana ləvazimatlarının satışı üzrə tanınmış brendə çevrilən “Ofisait”in bu gün Gəncə şəhərində yeni mağazasının rəsmi açılışı olub.
Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, Gəncə şəhəri, Şah İsmail Xətai pr. 353 ünvanında yerləşən mağaza “Ofisait”in bölgə üzə sayca 5-ci, ölkə üzrə isə 27-ci mağazasıdır.
Müştərilər yeni açılan mağazaya yaxınlaşmaqla “OYAL”, “ASSİS”, “QUİCKS”, “Cassa”, “SilSil”, “Boltexno”, “Frauzen”, “Hansbur”, “Samuray”, “Zyklen” və digər tanınmış brendlərin dəftərxana, ofis və məktəb ləvazimatları, həmçinin mətbəx və ev əşyaları, elektron əşyalar, idman məhsulları, uşaq oyuncaqları, kitabları və digər məhsulları sərfəli qiymətlərlə əldə edə bilərlər.
Yeni açılmış mağazada məhsullarla bağlı daha ətraflı məlumat almaq üçün 077 441 54 60 nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, “OYAL” brendi 23 ilə yaxındır ki, Azərbaycan bazarında “Məktəbli Arzuları” devizi ilə nəinki məktəblilərin, eyni zamanda tələbələrin,iş adamlarının və valideynlərin sevimlisinə çevrilmişdir.
Şirkətin məhsullarını Bakı və bölgələrdə “Ofisait” mağazaları ilə yanaşı, şəhərimizin dəftərxana ləvazimatları satılan bir çox mağazalarından da əldə etmək mümkündür.
______________________________________________________________________
Ətraflı məlumat üçün İctimaiyyətlə Əlaqələr üzrə məsul şəxslə əlaqə saxlaya bilərsiniz
Bakı, Nəsimi rayonu Dilarə Əliyeva küç 235/a
Tel: (+99412) 599 01 48
Mob: (+99455) 252 41 10
E-mail: [email protected]
“Ofisait” və “OYAL” brendi Gəncədə
15:34
2 Fev 2018