Layihəyə əsasən “ABAD” “Yerli yüksək dağlıq ərazilərin icmalarının alternativ gəlir mənbələri ilə təmin edilməsi” tenderinə qalib gələrək Azərbaycanın İsmayıllı və Şamaxı rayonlarının ucqar dağ kəndlərində ətraf mühitə ziyan vurmayan 14 sahibkarlıq subyektləri yaradacaq.
Belə ki, “ABAD” İsmayıllının Brodval, Əhən, Sumağallı kəndlərindən dəstək proqramına qatılacaq ailələrin ilkin seçiminə başlayıb. Hazırda bu ailələrin ehtiyaclarının müəyyənləşdirilməsi üzrə aktiv şəkildə iş gedir, ilk ailə brendləri yaradılıb. Şamaxıda da, həmçinin, ailələrin seçimi üzrə işlər gedir.
Onu da qeyd edək ki, layihə 2018-ci ilin mart ayınadək davam edəcək.












