Son günlər yayılan məlumatlarda elektrik enerjisindən istifadəyə görə əvvəlki illərdə borclanan abonentlərin borclarının silinəcəyi bildirilir.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib ki, bu, təmsil etdiyi qurumun səlahiyyətində olan məsələ deyil:
“Biz icraedici orqanıq. Göstərişləri icra edirik”.
Onun sözlərinə görə, elektrik enerjisindən istifadəyə görə borclu olanların sayı o qədər də çox deyil:
“Belə bir məsələ gündəmdə deyil”.
Qeyd edək ki, ölkə prezidentinin göstərişinə əsasən, 2015-ci ilin noyabr ayına qədər Nardaran əhalisinin istifadə edilən elektrik enerjisinə görə 42 milyon 267 min manat borcu silinmişdi.