İstanbul şəhərinin Asiya hissəsində yerləşən məşhur Caddebostan və Suadiye yaşayış massivlərində mənzillərin qiyməti son iki ildə 25% azalıb.
FED.az "Haberler" saytına istinadən xəbər verir ki, bu səmtlərdə evlərin kirayə qiymətlərində isə ortalama azalma 22% olub.
"Sahibinden.com" əmlak indeksinə görə, 2017-ci il dekabrın 1-nə Suadiyedə mənzillərin orta qiyməti 1 316 480 lirə (343,8 min ABŞ dolları) təşkil edib. Kirayə qiyməti isə 3 416 lirə (892 dollar) olub.
Caddebostanda isə mənzillərin qiyməti ortalama 1 870 784 lirə (488,5 min dollar), kirayə qiyməti isə 4 301 lirə (1 123 dollar) təşkil edib.
İstanbulda mənzillər ucuzlaşır
14:09
21 Dek 2017