Bu il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 073,8 min nəfər olub. Onlardan 4 822,1 min nəfərini məşğul əhali təşkil edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2017 ildə məşğulluq xidməti orqanları ölkə üzrə ümumilikdə 38,5 min nəfərə rəsmi işsiz statusu verib. Onların 36,3%-ni qadınlar, 63,7%-ni isə kişilər təşkil edib. İşsizlik müavinətinin orta məbləği 291,2 manat olub.