Yaponiyanın elektronika mallarının satışı üzrə riteyl şirkəti «Nojima» öz işçiləri üçün maksimu yaş həddini 65-dən 80 yaşa qaldırıb.
Eləcə də bax: Böhran «Schindler»i də vurdu – 2 MİN İXTİSAR EDƏCƏK
FED.az xəbər verir ki, şirkət bu üsula gələcəkdə kadr problemini həll etməyə çalışır – Yaponiya əhalisi artıq «dünyada ən qocadır» və qocalmaqda davam edir.
80 yaşa kimi işləmək imkanını istəynələrin hamısı əldə edə biləcək. Şirkətin 3 min işçisinin hamısının buna hüququ çatır. 65 yaşdan sonra işdə qalmaq qərara alanlar üçün əmək müqaviləsi hər il uzadılacaq. Hələlik belə işçilərin iş rejimi və maaşları ilə bağlı məsələlər müzakirə edilir.
Yeri gəlmişkən, «Nojima» bununla kifayətlənməyəcək və 80 yaşdan sonra işləmək istəyənlərin iş yerinin saxlanması məsələsinə də baxmaq niyyətindədir.
Xatırladaq ki, Yaponiya – dünyada əhalisi ən yaşlı olan ölkədir. Hələ 2006-cı ildə əhalinin 20%-i ilk dəfə olaraq 65 yaşı keçib.
Əhalinin yaşlanması və azalması səbəbindən yapon biznesi işçi qüvvəsinin çatışmazlığı ilə üzləşir. Yerli mətbuat yazır ki, artıq gələn yaz şirkətlər siyasətlərini elə dəyişəcəklər ki, işçilər 70 yaşa kimi işləyə bilsinlər. İş yaşını 80-ə qaldıran «Nojima» şirkətinin nümunəsi başqa şirkətləri də bu addımı atmağa həvəsləndirə bilər. Məsələn Tokiodakı «Summit» supermarket şəbəkəsi öz işçiləri üçün pensiya yaşını 75-ə qaldırıb.
Qeyd edək ki, «Nojima» ölkənin ən böyük elektronika riteylerlərindən sayılır. Başqa şirkətlərdən fərqli olaraq «Nojima»nın mağazalarında məhsulları istehsalçı şirkətin nümayəndələri deyil, öz işçiləri təqdim edir, ona görə də, satış şöbəsinin geniş biliklərə və müştəriyə xidmət sahəsində böyük təcrübəyə malik olan işçiləri şirkət üçün qiymətli sayılır.