Korona virusu epidemiyasının mənfi təsir etmədiyi sektor demək olar ki, qalmayıb.
Eləcə də bax: SOCAR-da işçilərin bir hissəsi evə göndərilib - İXTİSARLAR BAŞLAYIR
FED.az xəbər verir ki, İsveçrə lift və eskalator istehsalçısı olan «Schindler» də qlobal iqtisadi böhran səbəbindən bütün dünyada 2000 işçisini işdən çıxaracağını açıqlayıb.
Bloomberg-dəki xəbərə görə, İsveçrə şirkəti tələbatın çox aşağı düşməsindən sonra dünyada 2000 işçisini işdən çıxarmaq qərarına gəlib. Bu şirkətin bütün işçilərinin 3%-i qədərdir. Schindler, inzibati heyətdən kadrları çıxaracaq və bu prosesi iki il ərzində tamamlayacaq.
«Korona virusunun yayılması dünyanın hər bir bazarına mənfi təsir göstərdi» deyə şirkətin açıqlamasında bildirilir. Bunun ilk səbəbi dünyada tikinti sektorunda yaranan böhrandır, bundan əlavə, İsveçrə frankının güclənməsi də şirkətin işini çətinləşdirib.
Schindler'in İsveçrə frankında gəliri ilin ilk yarısında 8,7 faiz azalıb. Şirkət tərəfindən alınan sifarişlərdə, eyni dövrdə 12,1 faiz zərər olub.