Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkənin təsərrüfat - içməli su təchizatı sistemlərinə nəzarət məqsədilə apardığı laborator müayinələrin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorun təşkili məsələləri üzrə müavini Ağaxanım Əliyeva bu gün keçirilən mətbuat konfransında deyib ki, ölkənin təsərrüfat - içməli su təchizatı sistemlərinə nəzarət məqsədilə RGEM-in laboratoriyalarında bu ilin 11 ayı ərzində 56 şəhər və rayondan müayinə edilən 484 su nümunəsi fiziki - kimyəvi göstəcilərjnə görə normaya uyğun olub. Su nümunələrində b akterioloji göstəricilərinə görə standartların tələblərindən kənara çıxma halı 3,7% olub. Bakı şəhəri əhalisini içməli su ilə təchiz edən Kür, Ceyranbatan, O ğuz- Qəbələ - Bakı, Şollar və Xaçmaz su təchizatı kəmərlərindən götürülən 75 su nümunəsində bakterioloji göstəricilər üzrə 2,6 %, sanitariya - kimyəvi göstəriciləri üzrə 5,3 % normalara uyğun olmayan nümunələr təkrar götürülən müayinələrdən sonra normalara uyğun olub. Mərkəzi su anbarları və nasos stansiyalarından götürülən 1264 su nümunəsinin 1,6 %-i bakterioloji, 1, 1 %-i sanitariya - kimyəvi göstəricilərinə görə dövlət standartlarının tələblərinə cavab verməyib. Qeyri-kafi nəticələrlə əlaqədar "Azərsu" ASC-nin mütəxəssisləri yerində araşdırma apararaq dövlət standartlarına uyğun olmayan nəticələr üzrə operativ tədbirlər görülüb. Təkrar müayinələrin nəticələri norma səviyyəsində olub.