Azərbaycan Bank Tədris Mərkəzi fevral ayının 24-dən etibarən İnsan resurslarının idarə edilməsi sahəsində işləyən və ya bu sahədə işləmək istəyənlər şəxslər üçün kurslara başlayır.
FED.az xəbər verir ki, kursda insan resurslarının idarə edilməsinin hüquqi bazası, bu sahədəki risklər, insan resurslarının idarəedilməsi işinin təşkili, planlaşdırılması və işə qəbulu, motivasiya, talantların idarəedilməsi və inkişaf, daxili davranış və intizam qaydaları mövzuları tədris olunacaq.
Cari ilin may ayının 5-dək davam edəcək təlimin nəticəsi olaraq 5 dəfə test imtahanı keçiriləcək.
Qeyd edək ki, təlimdə iştiak haqqı bir nəfər üçün 600 AZN-dir.
HR mütəxəssisləri üçün 5 dəfə test imtahanı keçiriləcək
23:19
21 Fev 2018