Goranboy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayonun Baxçakürd kəndi ərazisində gecə saatlarında gizli şəkildə fəaliyyət göstərən çayxana aşkarlayıb.
Eləcə də bax : Tovuzda karantin qaydalarını pozan çay evi aşkarlanıb
FED.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Obyekt sahibi İlkay Abdullayev və 5 nəfər müştəri saxlanılaraq RPŞ-yə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.(apa)