Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı rayon ərazisində çay evlərinin birində xüsusi karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi, həmçinin, sosial məsafənin və mövcud preventiv tədbirlərin şərtlərinin pozulması halları aşkarlanıb.
FED.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, karantin qaydalarının pozulduğu həmin obyektin sahibi R.Qəniyev və 5 nəfər müştəri Şəhər Polis Şöbəsinə dəvət olunaraq həmin şəxslərlə profilaktik söhbətlər aparılıb, karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.(apa)