“Bu il orta aylıq əməkhaqqı 800 AZN-dir, gələn il isə 898 manat olacaq”.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə deputat Vahid Əhmədov Milli Məclisdə çıxışı zamanı bildirib.
“Amma nəzərə almaq lazımdır ki, heç də hamı bu qədər əməkhaqqı almır. Bunlar aztəminatlı ailələr, ünvanlı sosial yardım alan şəxslər, işləməyənlər, ictimai işlərlə məşğul olanlardır. Onlar 280-300 manat maaş alırlar. Onların təminatı ilə bağlı büdcədə müəyyən məsələləri həll etmək lazımdır”, - deyə Vahid Əhmədov əlavə edib.