2017-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb. Bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən müəllimlərə şamil olunub.
FED.az -ın məlumatına görə, bu, Təhsil Nazirliyinin 2017-ci il üzrə hesabatında əks olunub.
Hesabata əsasən, bu il 45 minə yaxın müəllim diaqnostik qiymətləndirmədə iştirak edib. Bununla da 145 minə yaxın müəllimin diaqnostik qiymətləndirilməsi başa çatıb.
2017-ci ildə diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqları 2018-ci ilin yanvar ayından artırılacaq.
Gələn ay Azərbaycanda 45 min nəfərin maaşı artacaq
13:57
21 Dek 2017