Sosial şəbəkələr gündəlik həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Sosial şəbəkələr arasında Facebook ən çox istifadə olunandır. Facebook-dan istifadə edənlər arasında ölkə liderləri, nazirlər və digər tanınmışlar da kifayət qədərdir.
Xarici KİV-ə istinadən dünyanın ən çox izləyicisi olan liderlərini təqdim edirik.
Narendra Modi
İctimaiyyətlə əlaqələr firması Burson-Marstellər tərəfindən yayımlanan bir hesabata görə, Hindistanın baş naziri Modinin Facebook-da təxminən 40 milyon izləyicisi var. 1,2milyard əhalisi olan bir ölkə üçün bu rəqəm təəccüblü deyil.
Donald Tramp
ABŞ prezidenti Donald Trampın Facebook-da 20 milyondan artıq izləyicisi var. Trampın Twitter-dəki özəl hesabını isə 27 milyon nəfər izləyir.
Obama liderdir
ABŞ-ın eks prezidenti Barak Obama hazırda lider olmasa da hələ də 54 milyona yaxın izləyicisi var. Onun izləyiciləri hazırda vəzifədə olan liderlərdən daha çoxdur.
İordaniya kraliçası Rania
İordaniya Kralı 2-ci Abdullanın arvadı Kraliça Ranianın 10 milyondan çox izləyicisi var. Bu rəqəm İordaniyanın əhalisinin sayından çoxdur. Kraliça, ərəb müsəlman qadınlarının qərbli imicini təmsil etdiyi üçün Qərb mediasınının da böyük marağını çəkmiş ola bilər.
Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 9 milyona yaxın izləyicisi var. Ötən il Facebook-da Obama və Modinin ardından üçüncü sırada yer alırdı.
Əl Sisi
Misir Dövlət Başçısı Əbdül Fəttah əs-Sisinin təxmini 7 milyon izləyicisi var. Hesabatda, liderlərin hansı aralıqla paylaşım etdikləri, nə qədər bəyənildikləri, şərh ya da paylaşım aldıqları da incələnib.
Hum Sen
Araşdırmada liderlərin insanlarla qarşılıqlı təsiri də diqqətə alınıb. Hesabata görə, Kambocanın baş naziri Hun Senin Facebook hesabı 58 milyondan çox qarşılıqlı əlaqə ilə Modidən sonra 3-cü sırada yer alıb.