MDB ölkələri arasında ən çox maaş artımı Rusiyada, ən az isə Tacikistanda qeydə alınıb. FED.az MDB ölkələrində 2010-2016-cı illərdə qeydə alınmış orta aylıq nominal əmək haqqı dinamikasını təqdim edir.
Rusiyada 2010-2016-cı illər arası orta aylıq nominal əmək haqqı 2 dəfəyə yaxın artıb. Belə ki, burada 2010-ci ildə maaşlar 370 dollar təşkil edirdisə, 6 il ərzində bu, 279 dollar və ya 75,4% artaraq 649 dollara çatıb.
Qazaxıstanda da 6 il ərzində maaş artımı müşahidə olunub. Belə ki, burada 2010-cu ildə orta aylıq nominal əmək haqqı 240 dollar idisə, 2016-cı ilə qədər bu rəqəm 202 dollar və ya 84,1% artaraq 442 dollara yüksəlib.
Türkmənistanda da cüzi maaş artımı qeydə alınıb. Burada maaşlar 2010-cu ildə 212 dollar olub, 6 ilə isə 156 dollar və ya 73,5% artaraq 368 dollara yüksəlib.
Hesabat illəri ərzində Moldovada da maaş artımı qeydə alınıb. 2010-cu ildə burada maaşlar 178 dollar idisə, 6 il ərzində bu rəqəm 126 dollar və ya 70,7% artraq 304 dollara yüksəlib.
Ukraynada da 6 il ərzində maaşlar 2 dəfəyə yaxın artıb. Belə ki, burada 2010-cu ildə orta aylıq nominal əmək haqqı 82 dollar təşkil edirdisə, 2016-cı ildə bu rəqəm 109 dollar və ya 1,3% artaraq 191 dollar olub.
Azərbaycanda orta aylıq nominal əmək haqqı 2010-cu ildə 194 dollar təşkil edirdisə, 6 ildə bu rəqəm 70 dollar və ya 36% artaraq 264 dollara yüksəlib.
MDB ölkələri arasında ən aşağı əmək haqqı verən Tacikistanda da 2 dəfədən çox artım müşahidə olunub. Belə ki, 2010-cu ildə 40 dollar olan maaş, 68 dollar və ya 1,7% artaraq 108 dollar olub.
2016-cı ildə belarus rublunun denominasiya ilə dəyişməsini nəzərə alaraq bildirək ki, burada 2010-cü ildə nominal maaş 1 milyon 217 min 313 rubl idisə(denominasiyadan əvvəlki məzənnə ilə), 2016-cı ildə bu, 722 rubl(367 dollar) olub.
Ən çox maaş artımı hansı ölkədə olub – SİYAHI

11:51
23 Fev 2018