“Apple” şirkətinin istehsal etdiyi “iPhone X”dan istifadə edən yaponlar və çinlilər qadcetə quraşdırılmış biometrik identifikasiya funksiyasından narazıdırlar. Belə ki, “Face ID” sifətin tanınması texnologiyası Asiya ölkələrinin əksər sakinlərinin qıyıq gözlərini tanımır.
Actualnews.org saytının məlumatına görə, “iPhone X”un kilidinin açılması üçün qadcetin istifadəçinin açıq gözlərini “görməsi” lazımdır. Lakin məlum olub ki, “Face ID” texnologiyasında bir çox çatışmazlıqlar var. www.reddit.com sosial xəbərlər saytının istifadəçilərindən biri “Face ID” texnologiyasının onun sifətini tanımadığını əks etdirən görüntüləri şəbəkəyə yerləşdirib.
Hələlik bu səhvi aradan qaldırmaq mümkün deyil. “Apple” şirkətinin nümayəndələri Face ID texnologiyasının müxtəlif millətlərin nümayəndələrində sınaqdan keçirildiyini iddia edirlər. Lakin təcrübədə məlum olub ki, “iPhone X” qıyıq gözlü sahiblərini həmişə tanımır.