Faydalı məhsullar sümükləri bərkidir, xroniki xəstəliklərin qarşısını alır, görməni yaxşılaşdırır və hətta yaddaşı gücləndirir. Lakin siz heç bilirsinizmi ki, bu qidalar sizin sağlam qalmağınızla yanaşı, həmçinin formada qalmağınıza və arıq görünməyinizə də kömək edə bilər?
-
Arıqladan faydalı məhsullar
Yuxarıda da qeyd etdiyimiz kimi faydalı qidalar sümükləri möhkəmlədən, xroniki xəstəliklərin qarşısını alan, görməni yaxşılaşdıran və yaddaşı gücləndirən qida santralləridir və həmçinin arıqlamağa və formada qalmağa da kömək edir. Məsələn: qoz, quru gavalı, alma, qızılbalıq, avakado, ispanaq və s. kimi super qidalar daxildir. Həmin superqidalardan çəkinizi itirmək və gündəlik pəhriz saxlayarkən istifadə edə bilərsiniz.
-
Qara lobya
Bir fincan qara lobya çox iri olan 15 qram proteindən ibarətdir və qırmızı ət kimi digər zülal mənbələrində tapılan doymuş yağ tərkibindən ibarət deyil.
-
Yulaf
Yulaf liflərlə zəngindir, belə ki bundan istifadə etsəniz gün boyunca özünüzü tox hiss edəcəksiniz. Yarım fincan 4.6 qram davamlı nişastadan ibarət olub sağlam qida tərkibinə malik olduğundan metabolizmi (maddələr mübadiləsini) gücləndirir və piyləri əridir.
4. Avakado
Düzgün şəkildə qidalanmağa davam etdiyiniz müddətdə yağ tərkibli düzgün qidalardan istifadə etməyinizin heç bir zərəri yoxdur.
Olein turşusu, yəni avakadonun tərkibindəki sağlam monodoymamış yağlar (MUFA), bədəninizin aclıq hiss etməməsinə kömək edəcəkdir. Avakadonun dörddə birini və ya yarısını yeməyə davam etsəniz, görəcəksiniz ki, qarnınızdakı yağlar və ya piylər əriməyə başlayır. Şirəli meyvələr də həmçinin lif və zülallarla zəngindir.
5. Qızılbalıq
Zülalın yağsız mənbələri sizə kömək edəcək ki, özünüzü tox hiss edəsiniz. Habelə, 18-50 yaş qadınların 50%-i bu əsas qida maddəsindən kifayət qədər istifadə edib-etmədiklərini belə bilmirlər.
Yaxşı olardı ki, qida rasionunuza qızılbalığı əlavə edəsiniz. Hər halda qızılbalıq ətdən daha faydalıdır və MUFA (sağlam monodoymamış yağlar) tərkibi ilə zəngindir. 2001-ci ildə aparılan araşdırmalar göstərmişdi ki, pəhriz saxlayanların yediyi MUFA tərkibi ilə zəngin pəhriz qidaları sayəsində orta hesabla çəkidə 9 funt itirmək mümkün olmuşdur; halbuki, az sayda yağdan istifadə etməklə tutulan pəhriz sayəsində orta hesabla cəmi 6 funt itirmək mümkün idi.
6. Qarağat
Cavanlaşdırma effektinə görə tanınan qarağat giləmeyvəsi həmçinin çəkidə zəifləməyə, arıq qalmağa da kömək edir və formasını saxlamaq istəyən insanlara çox faydalı olan giləmeyvə növüdür. 1 fincan qarağatdan istifadə etməklə siz gün ərzində tox qalacaq və orqanizminizi 4 qram liflə zənginləşdirəcəksiniz.
7.Brokoli
Az kalorili, lakin çox xeyirli bir tərəvəzdir. Kələmçiçəyi fəsiləsinə aid olan bu tərəvəz həm bişmiş, həm də çiy vəziyyətdə çox faydalara malikdir, xüsusilə də xərcəngin qarşısını alma gücü vardır. Bu tərəvəz həmçinin çəki problemlərinin qarşısını alma qabiliyyətinə də malikdir.
8.Qəhvəyi düyü
Qəhvəyi düyü az kalorili olduğu üçün arıqlamağa yardım edir. Aparılan tədqiqat göstərmişdir ki, qəhvəyi düyü yeyən xaınmların çəkisi ağ düyü yeyən xanımların çəkisindən 49% daha azdır.
Yoğun bağırsaq xərçəngindən əziyyət çəkənlər üçün də faydası vardır, çünki qəhvəyi düyü tərkibində olan liflərə görə yeməyi bədəndən rahat şəkildə xaric edə bilir. Ona görə də bu xəstəliyin qarşısını almaqda və müalicəsində faydalı qida hesab olunur. Bundan başqa qəhvəyi düyünün tərkibində olan silenium maddəsi bu xərçəng riskini azaldır.
Qəhvəyi düyünün başqa bir faydası tərkibində olan liqnan maddəsinə görədir. Bu maddə əncir və tutda da olur. Ürək xəstəliklərin qarşısını almaqda yardımçıdır. Qan təzyiqi yüksək olanlar üçün də bu düyü münasib qidadır.
Bu düyünün tərkibində olan maddələr bir çox xəstəliklərin qarşısını aldığı halda, ağ düyünün tərkibində bu xüsusiyyətlər yoxdur. Bundan başqa ağ un kimi, ağ düyü də çəkinin artmasına səbəb olur.
2800 diabet xəstəsi üzərində aparılan tədqiqat göstərmişdir ki, qəhvəyi düyüdən və qəhvəyi çörəkdən istifadə edənlərdə insulinə müqavimət daha güclüdür.
Beləliklə, qəhvəyi düyü tərkibində olan maqnezium zənginliyə görə qan təzyiqi, ürək xəstəliyi və diabet xəstələr üçün faydalı bir qidadır. Bundan başqa, qəhvəyi düyü əsəb sisteminə müsbət təsir göstərdiyi üçün yorğunluğu aradan aparar və əsəb gərginliyini azaldır, nəticədə miqren ağrılarını da zəiflədir.
Ən əsası isə arıqlamağa və sağlam şəkildə formada qalmağa kömək edir.
-
Armud
Bir armudun tərkibində gün ərzində sizə məsləhət görülən lifin miqdarının 15%-i vardır. Aparılan tədqiqatlardan biri göstərmişdir ki, gündə 3 armud yeyən xanımlar daha az kalorili qidadan istifadə etmiş və digərlərinə nisbətən daha çox çəki itirmişlər.
10.Şərab
Resveratrol adlı məşhur antioksidant üzüm qabığında tapılmışdır ki, bu da piylərin orqanizmdə saxlanmasının qarşısını alır. Araşdırmalar göstərir ki, orta şərab içənlərin likyor içənlərə nisbətən daha nazik belləri və nisbətən balaca qarınları vardır. Bir stəkan şərab kalorilərinizi ən yaxşı halda 90 dəqiqə müddətində yandırmağa kömək edəcəkdir.
-
Qreypfrut
Günə hər yeməkdən əvvəl yarım dənə qreypfrut yesəniz, həftə ərzində çəkidə bir funt itirə bilərsiniz.
Maddələr mübadiləsini sürətləndirərək arıqlamağa kömək edir və insulin müqavimətini qırır. Tərkibində 90% sudan ibarət olduğuna görə sizə gün ərzində az yeməyə və iştahanızı idarə etməyə kömək edir. Antioksidan xüsusiyyətinə malik qreypfrut dəri üçün də faydalıdır. O, dərinin kollagen sintezini artırır, dəri quruluşunu qüvvətləndirir və sızanaq müalicəsində də çox təsirli vasitələrdən biri kimi istifadə edilir. Həzm sistemini nizamlayıb tarazlaşdırdığına görə isə siqaret asılılığında olan insanlarda nikotin ehtiyacını azaldır və onun bədəndən atılmasını təmin edərək detoks təsiri göstərir.
Gündə 1 dənə qreypfrut yeyilməsi isə ürək xəstəliklərini də azaldır.
-
Paxla
Paxlaların müxtəlif növləri arasında qırmızı paxla xüsusi yer tutur. O, zülal və qida lifləri ilə zəngindir (bir porsiyası 5 qramdan çox faydalı tərkibdən ibarətdir).
Nişasta tərkibli olduğuna görə gündə ikidə bir fincan istifadə etsəniz arıqlamağınıza kömək edər.
-
Badam
Badam sağlam yağlarla zəngin və arıqlamağınıza kömək edəcək digər bir faydalı qida məhsuludur.
Badam sizə kilolarınızı itirməyə kömək edəcəkdir. Tədqiqatlardan biri göstərirdi ki, aşağı kalorili pəhriz saxlayan və rasionuna badam əlavə edən insanlar eyni pəhrizi saxlayan, lakin rasionlarına badam əlavə etməyənlərə nisbətən daha çox kilo itirmişlər.
-
Yaşıl çay
Su kimi bu çay da mədənizi doldurub kilolarınızı itirməyə kömək edəcəkdir. Əlavə olaraq, yaşıl çaydakı antioksidləşdiricilər kalorilərinizi yandırmağa və piylərinizi əritməyə də kömək edəcəklər. Araşdırmalardan biri göstərib ki, gündə 5 fincan yaşıl çay adi çay içənlərlə müqayisədə iki dəfə daha artıq çəki itirməyinizə kömək edəcəkdir.
-
Mərci
Mərcimək protein, zülal və liflər ilə zəngin olan böyük qida mənbəyidir. Yarım fincan mərciməyin tərkibi 3.4 qram nişastadan, metabolizmi artıran və piyləri əridən faydalı yağlardan ibarətdir.
-
Banan
Banan CarbLovers Pəhrizinin əsasını təşkil edən arıqladıcı faydalı məhsuldur. Bir balaca yaşıl, orta ölçülü banan özünüzü tox hiss etmənizə kömək edəcək və tərkibindəki 12.5 qram nişasta sayəsində metabolizmi artırmağa kömək edəcəkdir. Hətta kal bananın belə faydalı olduğu da bəzi mənbələrdə göstərilir.
17.Yumurta
Arıqlamaq barədə söhbət açıldıqda yumurtanı o dəqiqə siyahıdan çıxarırlar. Lakin səhər yeməyinin əsas rasionuna daxil olan və tərkibində proteinlərlə zəngin olan bu qida məhsulu iştahanızın qabağını alacaqdır. Araşdırmalardan biri göstərmişdir ki, səhər yeməyində yumurta yeyən kök qadınlar öz gününə roqaliklə başlayan xanımlara nisbətən iki dəfə artıq çəki itirmişlər. Xolesterol məsələsinə görə isə narahat olmayın, çünki tədqiqatlardan biri onu göstərmişdir ki, yumurta yeyənlərdə xolesterol səviyyəsi bublik yeyənlərlə müqayisədə nisbətən aşağı olur.
18.Tünd şokolad
Şokolad həvəskarları üçün bu, sevindirici xəbər olmalıdır. Bir tikə tünd şokolad sizin gün ərzində özünüzü gümrah hiss etməyinizə və tox olmağınıza kömək edəcəkdir.
Tünd şokolad MUFA ilə zəngin olduğundan metabolizmə kömək edir, yağları yandırır, kaloriləri məhv edir. Həmçinin duzlu, şirin və yağlı yemək yeməyinizin qarşısını nisbətən alır.
19.Portağal
59 kaloriyə malik olsa da portağal heç bir zərərli xarakterə malik deyil və tərkibindəki liflərin müəyyən dozası sayəsində avstraliyalı tədqiqatçılar tərəfindən aparılan araşdırmalara görə siyahıda adıçəkilən 38 məhsul arasında ən yüksək yeri tutan məhsul kimi yadda qalmışdır. Bunu yedikdə özünüzü doymuş hiss edəcək və buna görə də gün boyunca az yemək istəyəcəksiniz.
20.Kartof
Kartofun karbohidratlarla zəngin olmasına baxmayaraq onlar toxluq indeksində yer alan portağala bərabərdir. Onların tərkibi nişasta ilə də zəngindir, bu da bədəninizdəki piyləri əritməyə kömək edir.
21. Sidr fındıqları
Fındıq sevərlər badamdan başqa həmçinin bu qidadan da istifadə edə bilərlər. Bu xırda fındıqlar tərkibində bədəndəki aclıq hormonlarını yatızdıran və piyləri əridən faydalı yağ turşularından ibarətdir.
22. Ağ lobya
Yarım fincan ağ lobya tərkibində 54 qram yağ yandıran nişastadan ibarətdir və metabolizmi yaxşılaşdıran sağlam karbohidratlardan təşkil olunub.
23.Pendir
Təzə keçi pendiri və feta yağ turşularından ibarətdir, tox hiss etməyinizə kömək edəcək və piylərinizi yandıracaqdır.
24.Aşağı yağlılığı olan süd
Həmin yağ turşusuna süddə də rast gəlmək olar. Südün tərkibindəki zülallar isə size gün ərzində gümrah saxlayacaqdır. Əlavə olaraq, süd məhsullarının tərkibindəki kalsiumun faydası barədə də unutmaq lazım deyildir. Tədqiqatlardan biri onu göstərir ki, qadınlar gün ərzində 1000-14000 milliqram kalsium qəbul etdikdə öz piylərini və kalorilərini daha tez əridirlər.
-
Qarbanzo paxlaları
Noxud kimi tanınan bu məhsul arıqladıcı xüsusiyyətə malikdir, bunların yarım fincanının tərkibində 2 qram nişasta vardır. Həmçinin lif, protein və faydalı yağlarla da zəngindir.
-
Arpa yarması
Bu məhsul tərkibində təxminən 2 qr. nişastaya malikdir və aşağı kalorili pəhriz zamanı çox əla bir əvəzləyici rolunu oynaya bilər.
-
Kinoa
Pəhriz saxlayarkən faydalı olacaq digər dənli bitki növü kinoadır. Onun tərkibi aclığa qarşı mübarizə apara bilən zülallarla zəngindir. Tərkibi çox az kaloridən ibarət olan bu qida məhsulu sizin uzun müddət tox qalmağınıza kömək edəcəkdir.
Sizə sağlam olmağı və daim faydalı qidalanmağı arzulayırıq!
Mənbə: http://www.health.com