Bu il Həcc ziyarətinə ancaq yeni növ koronavirus infeksiyasına (COVID-19) qarşı peyvənd edilmiş şəxslər gedə biləcək.
FED.az xəbər verir ki, “Okaz” nəşrinin verdiyi xəbərə görə, bununla bağlı Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyi müvafiq qərar qəbul edib.
Eləcə də bax: Səudiyyə Ərəbistanı Ümrə ziyarətinin - Qaydalarını Açıqlayıb
Qərara əsasən, yalnız COVID-19-a qarşı peyvənd olunmuş şəxslərin bu il Həcc ziyarətində iştirakına icazə veriləcək.
“COVID-19 peyvəndi Həcc ziyarətində iştirak edəcək şəxslər üçün məcburidir və əsas şərtlərdən biri olacaq”, - deyə qərarda bildirilib. (APA)