Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi COVID-19 pandemiyası şəraitində keçiriləcək Ümrə ziyarətinin qaydalarını açıqlayıb.
Səudiyyə Ərəbistanı «Həcc layihəsi»nə – 12 MİLYARD DOLLAR YATIRIR
FED.az-ın məlumatına görə, bu il ziyarətdə məhdud sayda əcnəbi zəvvarların da iştirak edəcəyi bildirilib.
Builki qaydalara görə, oktyabrın 4-dən başlayaraq, Krallığın hüdudları daxilində yaşayan zəvvarlar Ümrə ziyarətini yerinə yetirə biləcəklər. Lakin iki müqəddəs məscidi ziyarət edəcək bu insanların sayı birinci mərhələdə 6 min, ikinci mərhələdə isə 15 min nəfərdən çox olmayacaq və onların COVID-19 testindən keçməsinə, qoruyucu maska taxmasına və sosial məsafə qaydalarına riayət etməsinə xüsusi diqqət yetiriləcək.
Həcc ziyarəti ləğv olundu - SƏUDİYYƏDƏN AÇIQLAMA
Krallıq rəsmiləri bildiriblər ki, pandemiya şəraitində keçirilən Həcc ziyarətindən fərqli olaraq, Ümrə ziyarətinin üçüncü mərhələsində xarici ölkələrdən məhdud sayda zəvvarların da iştirakına icazə veriləcək.