Macarıstanda Viktor Urbanı əvəzedən yeni hökumət yaşa görə verilən minimum pensiyanın 4 dəfədən çox artırılması ilə bağlı qərar qəbul edib.
FED.az xəbər verir ki, bunu Baş nazir Peter Magyar “YouTube” kanalında yayımlanan videomüraciətində açıqlayıb.
“Öhdəliklərimizə uyğun olaraq, yaşa görə minimum pensiyasını 1 yanvar 2027-ci il tarixindən etibarən 120.000 forint (təxminən 653 AZN) səviyyəsinə qaldırırıq. Yüz minlərlə yaşlı həmvətənimiz üçün bu, ödənişlərin əhəmiyyətli dərəcədə artması, bir çoxları üçün isə ikiqat artması deməkdir”, – Magyar bildirib.
O, yaşa görə minimum pensiyanın 2008-ci ildən bəri 28.500 forint (təxminən 154 AZN) səviyyəsində dəyişməz qaldığını xatırladıb.
Bundan əlavə, Baş nazir bildirib ki, reseptli dərmanlara ƏDV ləğv ediləcək və odun alışı zamanı ƏDV 27%-dən 5%-ə endiriləcək ki, bu da yüz minlərlə yaşlı macarın həyat şəraitini yaxşılaşdırılmasına kömək edəcək (Qafqazinfo).












