Yanvar-sentyabr aylarında ölkə üzrə 12,3 min yeni müəssisə və təşkilat yaradılıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% (414 ədəd) çoxdur.
2022-ci ilin 9 ayında yeni müəssisə və təşkilatların sayı 11,9 min idi.
Hesabat dövründə Bakıda yaradılmış müəssisə və təşkilatların sayı 9,8 min olmasına baxmayaraq, son bir il ərzində 217 sayda (2,2%) azalma baş verib.
Bakıdan sonra ən çox müəssisə və təşkilat Abşeron-Xızı iqtisadi rayonunda olub. Bu iqtisadi rayonda 717 yeni müəssisə və təşkilat yaradılıb ki, bu da son bir ildə 9,2% artım deməkdir (ötən il 650)
Naxçıvan MR-da isə 457 yeni təşkilat yaradılıb. Ötən il bu göstərici 17 idi. Beləliklə illik müqayisədə təxminən 27 dəfə artım qeydə alınıb.