Ölkəmizdə ardıcıl sosial islahatların mühüm istiqaməti olan əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım dinamikası əməkhaqqı fondunun da artımı ilə nəticələnir.
Eləcə də bax: DSMF proqnozdan 114 milyon manat artıq - SIĞORTA HAQQI TOPLAYIB
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən FED.az-a verilən xəbərə görə, 2022-ci ilin yanvar-sentyabr aylarında da əməkhaqqı fondunda 16 faiz (o cümlədən dövlət sektoru üzrə 17 faiz, özəl sektoru üzrə 15 faiz) artım qeydə alınıb.
Ümumilikdə son 4 ildə illik əməkhaqqı fondu 2,2 dəfə artıb.