2022-ci ilin 3-cü rübün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2296 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
FED.az xəbər verir ki, bu barədə BP şirkətinin 3-cü rübün nəticələri üzrə hesabatında deyilir.
Xatırladaq ki, 2021-ci ilin sonunda şirkətdə çapışan yerli işəçilərin sayı 2 266 nəfər idi. Şirkət bildirir ki, 2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.
BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.
«BP-Azərbaycan»ın yerli işçilərinin - SAYI ARTIB
12:26
3 Noy 2022