Böyük Britaniyanın Daxili İşlər Nazirliyi qanuni miqrasiya ilə bağlı əlavə tədbirlər görməyi planlaşdırır.
İtaliya səfirliyində Maltaya da - VİZA VERİLƏCƏK
FED.az xəbər verir ki, nazirliyin məlumatına görə, ixtisaslı işçilər əmək vizası ilə bağlı müraciət etmək üçün ildə azı 26,2 min funt-sterlinq (32,8 min dollar), sosial işçilər isə 20,9 min funt-sterlinq (26,2 min dollar) əməkhaqqı almalıdır.
Buna baxmayaraq, hakim mühafizəkarlar partiyasından olan deputatlar qanuni mühacirlərə qarşı daha sərt tədbirlərin görülməsini istəyir.
Qeyd edək ki, Böyük Britaniyada işçi çatışmazlığı krallığın 2020-ci ildə Avropa İttifaqını tərk etməsindən sonra daha da artıb. (Azərtac)