Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə ştatda olan bütün işçilərə pul mükafatları veriləcək.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bu barədə əmr imzalayıb. Əmrə əsasən, universitetin bütün əməkdaşlarının maddi rifah halının yaxşılaşdırılması üçün əməkhaqqının 70 faizi dəyərində maddi yardım ediləcək.
Onu da qeyd edək ki, AzMİU-nun rektoru işçilərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün hər il bu gündə və Novruz bayramı ərəfəsində universitetin professor-müəllim heyətindən tutmuş xidmətedici heyətdə çalışan bütün əməkdaşlarına maddi yardımlar olunması üçün əmr imzalayır.