2025-ci il iyunun 1-i vəziyyətinə olan ilkin məlumatlara əsasən, ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 332,6 min nəfər olub. Onlardan 5049,7 min nəfərini məşğul əhali təşkil edib.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari il mayın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 771,7 min nəfər təşkil edib. Bu işçilərin bölgüsü aşağıdakı kimidir:
-
Dövlət sektoru: 876,3 min nəfər
-
Qeyri-dövlət sektoru: 895,4 min nəfər
Sektorlar üzrə bölgüdə isə neft-qaz sektorunda 31,2 min nəfər, qeyri neft-qaz sektorunda isə 1740,5 min nəfər çalışıb.
Muzdla çalışanların sahələr üzrə bölüşdürülməsi
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,7 faizi məhsul istehsalı sahələrində məşğul olub. Bu sahənin daxilində bölgü belədir:
-
Emal sənayesi – 7,6%
-
Tikinti – 6,6%
-
Su təchizatı, tullantıların təmizlənməsi və emalı – 2,7%
-
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq – 2,4%
-
Mədənçıxarma sənayesi – 1,8%
-
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 1,6%
Xidmət sahəsində çalışanlar isə aşağıdakı sahələrdə fəaliyyət göstəriblər:
-
Ticarət; nəqliyyat vasitələrinin təmiri – 18,7%
-
Təhsil – 18,5%
-
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi – 8,5%
-
Dövlət idarəetməsi və müdafiə; sosial təminat – 6,3%
-
Nəqliyyat və anbar təsərrüfatı – 4,2%
-
İnzibati və yardımçı xidmətlərin göstərilməsi – 4,2%
-
Peşə, elmi və texniki fəaliyyət – 3,9%
-
Turistlərin yerləşdirilməsi və ictimai iaşə – 3,5%
-
İstirahət, əyləncə və incəsənət – 3,0%
-
Maliyyə və sığorta fəaliyyəti – 2,3%
-
İnformasiya və rabitə – 2,0%
-
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar – 1,1%
-
Digər sahələrdə xidmətlərin göstərilməsi – 1,1%