Bu ilin iyul ayının biri vəziyyətinə Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan ailələrdə 1 nəfərə düşən ünvanlı dövlət sosial yardımın orta aylıq məbləği 97,94 manat olub.
Bu şəxslərə 3 il müddətində hər ay müavinət ödəniləcək
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ünvanlı dövlət sosial yardımı alan ailələrdə 1 nəfərə düşən ünvanlı dövlət sosial yardımın orta aylıq məbləği 2,43 manat, yaxud da 2,4% azalıb.
Belə ki, ötən ilin 1 iyul tarixinə 1 nəfərə düşən sosial yardımın orta məbləği 100,37 manat olmuşdu.
Qeyd edək ki, hesabat dövründə ölkədə ünvanlı dövlət sosial yardımı alan ailə üzvlərinin sayı 349 min 278 nəfər olub. Sosial yardım alan ailə üzvlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4 min 35 nəfər və ya 1,1% azalıb.












