2024-cü ilin yanvar-fevral aylarında əhalinin gəlirləri 11,2 milyard manat olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 4,7 faiz çoxdur.
Məlumat üçün bildirək ki, əvvəlki ilin müvafiq dövründə əhalinin nominal gəlirləri 10,7 milyard manat idi.