Bu ilin iyul ayının biri vəziyyətinə Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan ailə üzvlərinin sayı 349 min 278 nəfər olub.
Azərbaycanda pensiyaçıların sayı azalıb – ORTA PENSİYA ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ünvanlı dövlət sosial yardımı alan ailə üzvlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4 min 35 nəfər və ya 1,1% azalıb.
Xatırladaq ki, ötən ilin bir iyul tarixinə ölkədəki ünvanlı dövlət sosial yardımı alan ailə üzvlərinin sayı 353 min 313 nəfər idi.
Bu ilin iyul ayının biri tarixinə Azərbaycan əhalisinin sayı 10 milyon 273 min 450 nəfər olub. Bu, o deməkdir ki, ölkə əhalisinin cəmi 3,4%-i ünvanlı dövlət sosial yardımı alır.
Başqa sözlə, hər 100 nəfərdən təxminən 3-ü bu yardımdan faydalana bilir.












