“Active Mom's Club” ictimai təşkilatı “Ana südü ilə qidalanma” adlı sosial layihə həyata keçirir.
Layihənin əsas məqsədi ana südü ilə qidalanmanın təkcə körpələr üçün deyil, həm də analar üçün faydalarını ictimaiyyətin diqqətinə çatdırmaqdır. Təbiətdə məhz körpə üçün ana südündən daha yaxşı qida mövcud deyil, eyni zamanda, ana südü ilə qidalanma zamanı ana ilə körpə arasındakı əlaqə körpənin ruhi inkişafı üçün çox vacibdir.
Dünya Səhiyyə Təşkilatının (DST) mütəxəssisləri yeni doğulan körpələrin 6 ayına kimi, daha sonra isə əlavə qidalar verməklə 2 il ana südü ilə qidalanmasını məsləhət görürlər. Ancaq DST-nin statistikasına əsasən, dünyada orta hesabla yalnız 38 faiz uşaq 6 aya qədər ana südü ilə qidalanır.
Bu problem Azərbaycanda da olduqca aktualdır və ictimaiyyətə, xüsusilə də gənc valideynlərə bu barədə məlumatların çatdırılmasının yeni üsullarına ehtiyac duyulur.
Active Mom`s Club”, həmçinin “Facebook” sosial şəbəkəsində özündə 3 min qadın üzvü birləşdirən qapalı qrup yaradıb.