Azərbaycan prezidenti İlham Əliyev ölkədə vətəndaşlar üçün sosial cəhətdən müdafiə edilmiş əmək şəraitinin yaradılmasına toxunub. Onun sözlərinə görə, bu, son 15 ildə 5 dəfədən çox artırılan əməkhaqqında və əmək şəraitində də özünü göstərir: "Əlbəttə ki, daimi nəzarət və həllini tələb edən məsələlər də diqqət mərkəzindədir. Bu, ilk növbədə, məşğulluqla əlaqədardır”.
Azərbaycanda son illərdə işsizliyin səviyyəsinin əhəmiyyətli dərəcədə azaldığını, cəmi 5 faiz təşkil etdiyini vurğulayan dövlət başçısı bunu böyük nailiyyət kimi qiymətləndirib: “Təxminən son 15 il ərzində əhalinin sayı 1 milyon yarım nəfər artıb, 1 milyon 400 min isə daimi iş yeri yaradılıb. Buna görə də belə müsbət demoqrafik dinamika əlbəttə ki, bizi həmişə işsizliyin daim aşağı səviyyədə olması üçün yeni iş yerlərinin yaradılması istiqamətində fəal işləməyə məcbur edir”.