Avropanın özündə mobil bankinq xidmətinin tətbiqi prosesi get-gedə artır. ING tərəfindən aparılan araşdırmaya əsasən, 2015-ci illə müqayisədə bu xidmətdən öz smartfonları və ya planşetləri vasitəsilə istifadə edən istifadəçilərin sayı 41%-dən 47%-dək artmışdır. Mobil bankinq xidmətindən istifadə edən 71% istifadəçi onu da bildirir ki, bu xidmət onlara pullarını daha yaxşı idarə edə bilmək imkanı verir.
Mobil bankinq xidmətinin üstünlükləri və faydası aşağıdakılardan ibarətdir:
Mobil bankinq xidmətinin üstünlükləri və faydası aşağıdakılardan ibarətdir:
- Daha çox nəzarət edə bilmək imkanı verir. 50% istifadəçi qeyd edir ki, bu xidmət onlara öz maliyyə vəsaitlərini daha yaxşı nəzarətdə saxlamaq imkanı verir. 2015-ci ildə bu göstərici 48%-dən artıq olmuşdur.
- Az sayda buraxılmış ödənişlərə yol açır, yəni ödənişlər vaxtında ödənilir. İstifadəçilərin 23%-i deyir ki, bu xidmətdən istifadə 2015-ci illə müqayisədə 20%-dən çox artmış və onlara öz hesablarını vaxtında ödəmək imkanı verirdi.
- Daha çox qənaət edə bilmək imkanı verir. Araşdırma nəticəsində məlum olmuşdur ki, cəmi 16% bu xidmətdən istifadənin faydalarından biri qismində daha çox qənaət edə bilmək imkanının olmasını göstərir.
- Az xərc çəkməyə imkan yaradır. İnsanların 13%-i isə bu xidmətin üstünlüklərindən biri kimi az xərc tələb etməsini göstərir və mobil bankinq nəticəsində öz hesablarını onlar daha az xərclə idarə edə bilirlər.
Tədqiqat həmçinin onu da göstərir ki, mobil bankinq xidmətindən istifadə edən insanların 21%-i internet bankinq xidmətindən nisbətən daha az istifadə etməyə başlamışlar.
Lakin bu xidmətin mənfi cəhətləri də vardır. Bu mənfi cəhətlərdən biri də odur ki, daha çox qənaət etməyə başlayan istifadəçilər öz plastik kartlarından daha az istifadə edəcəkdir ki, bu da itirilmiş ödənişlər və kredit gəliri deməkdir. Əlavə olaraq, əgər istifadəçilər az pul xərcləsələr bu, itirilmiş haqqı gəlir demək olacaqdır. Lakin bütün bu mənfi cəhətlərinə baxmayaraq istifadəçilərə mobil bankinq xidməti təklif edilməsə, bu vəziyyət müştəri itkisinə gətirib çıxaracaq və böyük ziyanın vurulması ilə nəticələnəcəkdir.
Mənbə: www.businessinsider.com