Banner

Son Xəbərlər

Meksika neft qiymətlərinin hedcinqindən milyardlarla dollar qazanc əldə edir

Meksika neft qiymətlərinin hedcinqindən milyardlarla dollar qazanc əldə edir | FED.az
10:30 4 Avq 2016
Meksikaya bu prosesdə neft bazarının son illərdə müşahidə edilən dinamikası kömək etmişdir.

Meksika son iki ildə ilk dəfə neft qiymətlərinin hedcinqindən ardıcıl olaraq milyardlarla dollar qazanc əldə edə bilər. Meksika neft hasil edən ölkələr arasında gələcək çatdırmaları müntəzəm şəkildə sığortalayan yeganə ölkədir ki, bunun sayəsində dünya bazarında qiymətlər dövriyyəsinin təkrarlanması nəticəsində qazana bilər.

Meksika hökuməti 1990-cı ildən bəri neft çatdırmalarını sığortalayır. Hedcinq əməliyyatları adətən yayın ortalarında həyata keçirilir: ölkə satıcı (opsion “put”) opsionlarını əldə edir, bu opsionlar isə öz növbəsində 1 dekabrdan növbəti ilin 30 noyabrınadək müddətdə onlara nefti müəyyən edilmiş qiymətə satmaq imkanı verir. Bloomberg agentliyinin məlumatına əsasən 2015-ci ildə Meksika həmin əməliyyatlar sayəsində rekord məbləğ olan 6.4 milyard dollar qazanmışdır.

Belə nəzərəçarpan gəlirin əldə edilməsinə neft qiymətlərindəki dinamika kömək olmuşdur. 2014-cü ilin yayında ölkə çatdırmaları təxminən bir barelə 100 dollar həcmində hedcinqləmişdir. Sonra bazar qiymətləri düşdüyündən WTI markalı neftin qiyməti 2015-ci ilin mart ayında 42 dollaradək ucuzlaşmışdı (adətən bir neçə meksika sortundan olan neft səbəti WTI markalı neftdən $6-9 dollar ucuz olur). Bundan sonra mayın əvvəlində 60 dollaradək bahalaşmış və iki ay müddətində bu səviyyədə qaldıqdan sonra yenə də qiymətdə düşməyə başlamışdı. Bloomberg agentliyinin məlumatına istinadən bu vəziyyət Meksikaya imkan verdi ki, ölkə növbəti dövrə (dekabr 2015 – noyabr 2016) neft qiymətlərini bir barelə görə 49 dollar səviyyəsində müəyyənləşdirib fiksasiya etsin. Hökumətdən gələn bəyanatlara əsasən opsionları əldə etmək üçün 1.09 milyard dollar pul sərf etmiş və 212 milyon barrel hedcinqləmişdir.

Bu isə təxminən ölkədə hasilatın illik həcminin 22%-i deməkdir. Beynəlxalq energetika agentliyinin məlumatlarına əsasən 2015-ci ildə Meksikada gündəlik orta hasilat 2.6 milyon təşkil etmişdi ki, bu da təminən il ərzində 950 milyon barel deməkdir. Bu il ölkə günə təxminən 2.5 milyon barel hasil edir.

Bloomberg qeyd edir ki, 1 dekabr tarixindən bu dövrədək meksika sortlarından olan neft səbətinin orta qiyməti 32.4 dollar təşkil etmişdir. Agentliyin hesablamalarına görə noyabrın sonunadək orta qiymət təxminən 80 dollar təşkil etsə, o zaman Meksika hedcdən qazana bilməyəcəkdir. Əgər qiymət 50 dollar olsa, ölkə təxminən 2.3 milyard dollar qazanacaq, 36 dollar olsa təxminən 3.3 milyard dollar qazanacaqdır. Meksikanın maliyyə nazirliyinin nümayəndəsi ilə bu barədə məlumat almaq üçün əlaqə saxlanılsa da, o, noyabrın sonu hedcinq proqramı bitənə qədər bu proqramdan əldə edilə biləcək mümkün gəliri və ya qazancı müzakirə etməkdən imtina etdi.

Bununla yanaşı, WTI neftinin qiymətinin fevralda $26 dollardan iyun ayında 50 dollaradək qalxması yenə də Meksikaya artıq növbəti il üçün olan çatdırmaları kifayət qədər yüksək qiymətlərdə hedcinqləşdirməyə şərait yaratmalıdır. Neft qiymətləri illik maksimumdan 20%-dək düşdüyündən, WTI son illərdə təxminən 40 dollaradək civarda satılır. Neftə olan tələbat dünya iqtisadiyyatında müşahidə edilən zəif artım səbəbindən azalmışdır, bununla yanaşı neft məhsullarının artıq qalığı əmələ gəlmişdir və bu da rekord sayda neft ehtiyatlarının miqdarını azaltmağa imkan vermir. Citigroup şirkətində neft-qaz bazarının təhlili üzrə direktor Set Kleynmanın başçılıq etdiyi analitiklər qrupunun hesabatında isə qeyd edilir ki, “Broker şöbələri keçən il və bu ildə neftin mövsümi qiymət dinamikasının oxşarlığını nümayiş etdirən qrafikləri təkrarlayır, “neftin ifrat dərəcədə artıqlığı” adlı başlıqları isə demək olar bütün məşhur xəbər agentliklərinin buraxdığı xəbərlərdə görmək olar”. Əgər bazarın keçmişdəki dinamikası həqiqətən də bu vəziyyətdə onun gələcək hərəkət istiqamətinə işarə edirsə, o zaman yaxın bir neçə ayda bazarın “ayı bazarı” kimi olacağı gözlənilir.

WTI neft qiymətlərinin dinamikası

Citi şirkətində əslində düşünürlər ki, hazırki vəziyyət keçən ilki vəziyyətdən nəzərəçarpan dərəcədə fərqlənir. Təklif hesabına bazarın təkrar balanslaşdırılması istənilən halda davam edir: dekabr-iyul aylarında OPEK-də hasilat əvvəlki illə müqayisədə gün ərzində 1.3 milyon bareldən daha 0.7 milyon barelədək qalxmışdır. OPEK xaricində isə həmin müddət ərzində 1.9 milyona, 1 il bundan əvvəl isə sadəcə 0.4 milyon barelədək azalmışdır.

Bütün bunlara baxmayaraq analitiklər yaxın rüblərdə heç də yüksək qiymətlərin olacağını proqnozlaşdırmır. Barclays şirkətində 3 və 4-cü kvartallar ərzində neftin bir barel qiymətinin müvafiq olaraq 43 dollar və 49 dollar olacağı gözlənilir, JPMorgan Chase şirkətində iə bu rəqəmin müvafiq olaraq $47 və $55 dollar olacağı proqnozlaşdırılır.

Analitiklər xəbərdarlıq edir ki, neftin hedcinqindən əldə olunan milyardlarla dollar dövlət xərclərini artıq azaltmış hökumətin müəyyən dərəcədə büdcəsini dəstəkləməyə kömək edəcəkdir. lakin uzunmüddətli perspektivdə belə qazanca və ya gəlirə bel bağlamaq olmaz. “Hökumət bu opsionları almaqla gözəl iş görmüşdür, çünki məhz onlar büdcənin aşağı neft qiymətlərinə əsaslanan yeni reallığa keçməsi prosesini hamarlaşdırmış, yüngülləşdirmişdir və bu vəziyyət sadəcə qısa fasilə rolunu oynayacaqdır” deyə Bloomberg agentliyindən Bank of America-nın Meksika üzrə baş iqtisadçısı Karlos Kepistran bildirmişdir. Kepistran həmçinin qeyd etmişdir ki, Meksika hökuməti dövlət xərclərini azaltmaq prosesini daha yaxşı təşkil edə bilmək üçün opsionları almaqla özünə vaxt qazanmış və ya vaxt almışdır”.

Mənbə: vedomosti.ru

Digər xəbərlər

Banner