FED.az xəbər verir ki, Zaman Broker şirkəti bir neçə vakansıya üzrə işçi axtarır.
Bunlar aşağıdakıdır:
Maliyyə Analitiki
• Maliyyə sahəsində ali təhsili olmalıdır (xarici təhsil arzuolunandır)
• Excel bilikləri yüksək olmalıdır
• Biznes və Maliyyə analizi sahəsində proqram təminatlarında işləmə bacarığı olmalıdır
• Riyazi bilikləri yüksək olmalıdır
• Məntiqi mühakimə qabiliyyəti olmalıdır
• Maliyyə sahəsində beynəlxalq sertifikatlarının olması üstünlükdür
• Beynəlxalq maliyyə bazarlarından məlumatlı olmalıdır
• İnvestisiya və səhm bazarlarını analiz etmək qabiliyyətində olmalıdır
• Maliyyə hesabatları, indeksləri və biznes planları hazirlamaq və analiz etmək qabiliyyətində olmalıdır
• Ən az 3 (üç) il maliyyə sahəsində iş təcrübəsi olmalıdır (xarici şirkətdə/xaricdə işləyənlərə üstünlük verilir)
• İngilis dilini yüksək səviyyədə bilməlidir
• 1500-2000 əməkhaqqı
E - mail : [email protected]
Satış üzrə menecer
İşin təsviri
Darıxıdırıcı və monoton iş? Bizlik deyil!!!
Siz müştərilərlə dost münasibətləri qura bilirsiniz? Təşəbbüskarsınız və müasir komandada çalışmaq istəyirsiniz? Yeni maraqlı məhsulun inkişafında iştiraka maraqlısınız və bazarda hər kəsin qazandığından daha çoxunu hədəfə almısınız? O zaman biz məhz Sizi gözləyirik!
Satış üzrə menecerin öhdəlikləri:
• Korporativ müştərilərlə görüşlərin keçirilməsi. Məhsulun təqdimatının aparılması;
• Uğur və inkişafın təmin edilməsi üçün satış strategiyasını hazırlamaq;
• Müştərilərlə münasibətləri qorumaq və inkişaf etdirmək;
• MƏİ sistemindən intizamlı istifadə etmək, fərdi komyuterdən sərbəst istifadə bacarığı;
• Satış məlumatlarının analizi və proqnozlaşdırma
Vəzifə üçün tələblər:
• Korporativ satış üzrə mütləq təcrübə;
• Potensial müştərilərlə əlaqələrin qurulması;
• Komanda idarəetməsində təcrübə;
• Azərbaycan dilində əla şifahi və yazılı unsiyyət qabiliyyəti;
• Detallara diqqətli olmaq;
• Ünsiyyətcil olmaq;
• Tapşırıqların yerinə yetirilməsinə yaradıcı yanaşma.
Şərtlər:
• Şərbəst iş qrafiki;
• AZN 3,000-ə qədər aylıq əməkhaqqı (satışlardan gələn faizlərlə birgə);
• 30 yaşdan yuxarı qadınlara üstünlük verilir;
• Karyera inkişafını və peşəkar təhsil perspektivləri.
E - mail : [email protected]
Kiçik Maliyyə Mütəxəssisi
• Maliyyə/mühasibat təhsili olmalıdır
• Excel bilikləri yüksək olmalıdır
• Riyazi bilikləri yüksək olmalıdır
• Məntiqi mühakimə qabiliyyəti olmalıdır
• Rus/İngilis dillərini bilməsi arzuolunandır
• Ən az 1 (bir) il maliyyə sahəsində iş təcrübəsi olmalıdır
• 700-800 əməkhaqqı
E - mail : [email protected]