FED.az sığorta şirkətlərinin ödəniş yığım nisbəti üzrə renkinqi hazırlayıb. Siyahıdan şirkətlərin yığımlarının nə qədər hissəsini ödəniş etdiyi məlum olub.
Sığorta yığımlarının böyük bissəsini ödənişlərinə sərf edən şirkət “AXA MBASK” olub. Şirkətin ödəniş yığım nisbəti 5,7 dəfə artıb. Siyahıda 2-ci və 3-cü yerlərdə “A-Qrup” və “Ata Sığorta” şirkətləri tutub. Şirkətlər hərəsinə müvafiq olaraq 98,1% və 80,9% göstəriciyə malik olublar.
Eləcə də bax:Sığorta ödənişlərinin dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-OKTYABR, 2019)
Siyahıda 4-cü pillədə “Xalq Sığorta” 56,5%-lə 5-ci pillədə isə “Atəşgah” sığorta 53,8% faizlə yer alıb.
Yığımlarına görə, ən az ödəniş “Qala Sığorta”, “Naxçıvan sığorta” və “Xaql Həyat”sığorta şirkətləri edib. Şirkətlər müvafiq olaraq ğdəniş yığım nisbət faizi hərəyə 13,5%, 0,3%təşkil edib. “Xalq Həyatda” isə heç bir ödəniş etməyib. Bu şirkətin yeni yaranması ilə əlaqədardır.
Sığorta şirkətlərinin ödəniş yığım nisbəti üzrə daha ətraflı aşağıdakı cədvəldən tanış ola bilərsiz.