Türkiyə hökuməti sığorta sektoruna daha yaxşı nəzarət etmək üçün Sığorta Sektorunu Tənzimləmə və Nəzarət Qurumunu (Sigortacılık Denetleme ve Düzneleme kurumu) yaradacaq.
FED.az xəbər verir ki, bunu yeni İslahat Paketinin təqdimatında Xəzinə və Maliyyə naziri Berat Albayrak bildirib.
"Sığorta sektoru əhəmiyyətli bir maliyyələşmə mənbəyi olacaq. Sığorta Sektorunu Tənzimləmə və Nəzarət Qurumu yaradaraq sektorun yoxlanmasını yaxından təqib edəcəyik",- nazir deyib.
Eləcə də bax: “PAŞA Sığorta”dan “Meqa Sığorta”ya transfer
©Marja