Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2019-cu ilin yanvar-mart ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərinə dair məlumatları açıqlayıb.
FED.az xəbər verir ki, ötən illə müqayisədə sığorta ödənişləri 23,3% azalaraq 46 milyon 234,4 min manat olub.
Eləcə də bax:Sığorta bazarında zəlzələ - PALATADAN ŞİRKƏTLƏRƏ GÖSTƏRİŞ
FED.az icmala istinadən xəbər verir ki, ötən illə müqayisədə könüllü sığortada ödənişlər 32,7% azalaraq 44 milyon 436,5 min manatdan 29 milyon 912,1 min manata enib.
Azalmanın böyük hissəsi həyat sığortasına görədir. Belə ki, həyat sığortası üzrə ödənişlər bu dövrdə 43,2% azalaraq 26 milyon 711,8 min manatdan 15 milyon 170,1 min manata düşüb.
İlk 3 ayda qeyri-həyat sığortası üzrə ödənişlər də azalıb. Belə ki, bu sinifdə ödənişlər 16,82% azalaraq 14 milyon 742,0 min manat olub.
Bəzi bəzi sığorta siniflərində isə ödənişlərdə artım baş verib. Belə ki, əmlak sığortası üzrə ödənişlər 26,21% artaraq 3 milyon 728,8 min manat, mülki məsuliyyətin sığortası, o cümlədən ümumilikdə məsuliyyət sığortası üzrə ödənişlər isə 58,7% artaraq 221,95 min manat olub. Həmçinin icbari sığorta üzrə də ödənişlər 2,92% artaraq 16 milyon 322,3 min manat təşkil edib.