Azərbaycanda bu ilin yanvar-fevral ayları üzrə sağalmaz xəstəliklərdən könüllü sığorta üzrə yığımlar və ödənişlərin həcmi məlum olub.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin ilk2 ayı üzrə sağalmaz xəstəliklərin könüllü sığortası üzrə toplanmış sığorta haqqlarının həcmi 588 min manat təşkil edib.
Bu da 2024-cü ilin yanvar-fevral ayı ilə müqayisədə 104 min manat və ya 15,1% azdır.
2024-cü ilin yanvar-fevral aylarında toplanmış sığorta yığımlarının ümumi həcmi 693 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta üçün edilmiş ödənişlərin məbləği 290 min manat olub
Əvvəlki ilin eyni dövründə bu növ sığorta üzrə cəmi 14 min manat ödəniş edilmişdi ki, bu da illik 276 min manat (21,1 dəfə) artım deməkdir.
Hesabat dövründə zərərlilik göstəricisi isə 49% təşkil edib. Əvvlki ilin eyni dövründə isə zərərlilik göstəricisi cəmi 2% idi.