Azərbaycanın aparıcı həyat sığortası şirkətlərindən olan “Qala Həyat" sığorta şirkətinin yığımları və ödənişlərinin həcmi məlum olub.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, cari ilin yanvar-mart ayları ərzində şirkətin peşəkar satış qrupu tərəfindən 5,190 mln. manatlıq sığorta haqqı toplanılıb ki, bu da 2023-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 592 min manat və ya 10% az olub.
Hesbat dövründə şirkətin sığorta ödənişlərində isə artım müşahidə edilib. Belə ki, qeyd olunan dövr üzrə şirkət tərəfindən zərərçəkmiş müştərilərə ödənilən vəsaitin həcmi 1,011 mln. manata çatıb.
"Qala Həyat" şirkətinin həyata keçirdiyi sığorta ödənişlərinin həcmi son bir ildə 143 min manat və ya 18% artıb.
Şirkət topladığı hər 100 manat sığorta haqqının 19 manatını müştərilərinə geri qaytarıb.