Ləğv edilən sığortaçıya dair yeni tələblər qoyulub.
Azərbaycanda 20 sığorta agentinin lisenziyası dayandırıldı - SİYAHI, ADLAR
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Sığorta fəaliyyəti haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, sığortaçı ləğv edildikdə onun kreditorlarının sığortaçı tərəfindən qəbul edilən tələbləri yeni qaydada ödəniləcək. Səkkizinci növbədə dövlət büdcəsinə vergilər, büdcədənkənar dövlət fondlarına məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları, habelə icbari tibbi sığorta fonduna icbari tibbi sığorta haqları üzrə ödənilməli məbləğlər, dövlət büdcəsindən verilmiş kreditlərin qaytarılması üzrə borclar, həmçinin, sığortaçının ləğvi tarixindən əvvəlki 1 il ərzində rüsumlarla və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanun ilə müəyyən edilən icbari ödənişlərlə bağlı yaranmış tələblər ödəniləcək.