Bu ilin yanvar ayında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 71,859 milyon manat sığorta haqqı toplanılıb.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 21,6% çoxdur. Ay ərzində icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 6,1% azalaraq 10,901 milyon manat olub.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 17,993 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 21,2% azdır. Ötən ay icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 26,5% artaraq 4,995 milyon manata çatıb.
Beləliklə, 2017-ci ilin yanvarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 25 manatı qədər ödəniş edilib. Bu rəqəm 2016-cı ilin yanvarında 38,6 manat olub. Son 1 ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 34 manatdan 45,8 manata qalxıb.