Sığorta bazarında 21 şirkətdən 8 şirkətin ödənişləri ötən illə müqayisədə artıb, digər 13 şirkətin ödənişləri isə azaıb.
FED.az sığorta ödənişləri üzrə renkinqə istinadən xəbər verir ki, ən çox sığorta ödənişləri “Paşa Həyat Sığorta”da (42 983 min manat) olub, bu şirkətin ödənişlərinin miqdarı ötən illə müqayisədə 54,01% artıb, həmçinin bu şirkət yığımlarının miqdarına görə də bu il 1-ci yerdədir.
Eləcədə bax: Sığorta ödənişlərinin illik dinamikası renkinqi (yanvar-iyul, 2018) –CƏDVƏL 4
Ən çox sığorta ödənişi olan 5 şirkət bunlardır: “Paşa Həyat Sığorta” (42 983 min manat), “Paşa Sığorta” (29 759 min manat), “Atəşgah Sığorta” (11 635), “Atəşgah Həyat Sığorta” (11 245 min manat ), və “Qala Həyat Sığorta” (10 460 min manat). Bu ilk 5 şirkətin ödənişlərinin məbləği 106 082 min manat və ya ümumi məbləğdə xüsusi çəkisi 72,70% olub.
Eləcədə bax: Sığorta ödənişləri üzrə şirkətlərin renkinqi (Yanvar-iyul2018) – CƏDVƏL 2
Bu şirkətlərdən FED.az-n hazırladığı sığorta ödəniçlərinin illik dinamikasına əsasən “Qala Həyat Sığorta” ödənişlərinin məbləği ötən illə müqayisədə ən çox artan şirkət olub və bu artım 8,2 dəfə təşkil edib. “Günay Sığorta” və “Ata Sığorta” müvafiq olaraq artım 4,7 dəfə və 2,3 dəfə artım olub.
Son 5 şirkətin ödənişlərinin məbləği 1 157 min manat və ya ümumi məbləğdə payı 0,8% təşkil edib. Bu şirkətlər : “Qala Sığorta” (804 min manat) , “Rəvan Sığorta” (175 min manat), “Bakı Sığorta” (145 min manat), “Amrah Sığorta” (28 min manat) və “Naxçıvan Sığorta” (3 min manat) olub.
Ən az ödəniş edən şirkət “Naxçıvan Sığorta”-dır. Bu şirkətin ödənişləri ötən ilə nəzərən 2,2 dəfə azalıb.
Ödənişlərində ən çox azalma “Atəşgah Həyat Sığorta” olub - 2,7 dəfə. Növbəti şirkət isə 2,3 dəfə azalma ilə “Rəvan Sığorta”dır.
Eləcədə bax: Sığorta bazarı getdikcə bir ələ toplanır - “SAHİBLƏRİ” MƏLUM OLDU
Ən çox və ən az ödəniş edən sığorta şirkətləri - ƏTRAFLI
13:51
30 Avq 2018