Azərbaycanın sığorta bazarı ilə bağlı son məlumatlar açıqlanıb. FED.az xəbər verdiyi kimi, 2018-ci ilin yanvar-iyul aylarının nəticələrinə olan məlumata görə, sığorta bazarında yığımlar 460 milyon manat, ödənişlər isə 146 milyon manatdır.
Hazırda bazarda 21 sığorta şirkəti olsa da, sığorta bazarı onların arasında qeyri-bərabər bölünüb. Bazarın böyük hissəsi bir neçə şirkətin əlindədir.
Sığorta bazarında təkcə ilk 5 şirkətin payı 76%-ə çatır.
Eləcədə bax: Sığorta şirkətlərinin bazar payının dəyişməsi (yanvar-iyul, 2018) – CƏDVƏL 6
FED.az sığorta yığımıları üzrə renkinqə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-iyul aylarında ilk 5 sığorta şirkətinin – “Paşa Həyat Sığorta” (167 729 min manat) , “Paşa Sığorta” (89 478 min manat) , “Dövlət Sığorta” KŞ ( 36 490 min manat) , “Atəşgah Həyat Sığorta” (32 121 min manat) və “Atəşgah Sığorta” (23 073 min manat) – nın ümumi yığımları 348 891 min manat təşkil edib ki, bu da ümumi məbləğin 75,87%-i deməkdir.
Bunu da qeyd edək ki, təkcə ilk 2 şirkətin - “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” yığımlarının miqdarı 257 206 manat və ya ümumi məbləğdə payı 56% -dir. Ötən il isə bu iki şirkət bazarın 50,5%-nə nəzarət edirdi.
Eləcədə bax: Sığorta yığımları üzrə şirkətlərin renkinqi (Yanvar-iyul, 2018) – CƏDVƏL 1
Sığorta bazarındakı prosesləri izləyərkən bazarın getdikcə təmərküzləşməsi və bir neçə rii oyunçunun əlində cəmləşməsi müşahidə edilir.
Belə ki, ötən ilin bu dövründə bazardakı ilk 5 şirkət sığorta sektorunun 68%-nə nəzarət edirdisə, hazırda bu göstərici 76%-ə qalxıb.
İlk 10 şirkətin ümumi yığımlarının miqdarı isə 414 944 manat və ya ümumi məbləğdə xüsusi çəkisi 90,23% təşkil edib. Bu şirkətlər : “Paşa Həyat Sığorta”, “Paşa Sığorta”, “Dövlət Sığorta” KŞ, “Atəşgah Həyat Sığorta” və “Atəşgah Sığorta”, “Meqa Sığorta”, “İpək Yolu Sığorta”, “Ata Sığorta” və “AXA MBASK”dır.
Eləcədə bax: Ən çox və ən az ödəniş edən sığorta şirkətləri - ƏTRAFLI
Sığorta şirkətlərini siyahısında son 5 şirkətin yığımları isə cəmi 5 519 min manat və ya ümumi məbləğdə payı 1,2%-dir. Bu şirkətlər – “A Group Sığorta” (3 616 min manat), “Rəvan Sığorta” (870,3 min manat), “Bakı Sığorta” (655 min manat), “Amrah Sığorta” (228,4 min manat) və “Naxçıvan Sığorta” ( 155 min manat)-dır.
Xatırladaq ki, son 5 şirkətin bazar payı ötən ilin eyni dövrü üçün 1,28% bu il isə azalaraq 1,07% olub. Digər şirlətlərin bazar payı isə ötən il 30,67% idisə bu il azalaraq 23,09% təşkil edib.
Sığorta bazarı getdikcə bir ələ toplanır - “SAHİBLƏRİ” MƏLUM OLDU
13:42
30 Avq 2018